Moskva hökumətinin başçısı Sergey Sobyanin ev heyvanları arasında quduzluğun aşkar olunması ilə bağlı şəhərin şimal-qərbində karantin elan edib.“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu rejim fevralın 18-dək tətbiq olunacaq.
Hazırda bu ərazidə it və pişik sərgisi keçirmək, ev heyvanlarını satmaq, vəhşi heyvanları ovlamaq, eləcə də həmin bölgədən heyvanları kənara çıxarmaq qadağandır.



