Yanğınlarda əli olmaqda şübhəli bilinən 10 nəfər həbs edilib.
Elchi.az xəbər verir ki, Çilidə meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb.
Yanğınlarda əli olmaqda şübhəli bilinən 10 nəfər həbs edilib.
Hazırda zərərçəkmiş ərazilərdə hökumət komissiyaları işləyir. Yanğınları törətməkdə şübhəli bilinən 10 nəfərin saxlanıldığı bildirilir.
Yanğınlarla mübarizə aparmaq üçün Çili hökuməti Meksika, Braziliya, Argentina və İspaniyaya müraciət edib və bu ölkə artıq 50 hərbçi və ən müasir avadanlıqla təchiz edilmiş bir təyyarənin göndərildiyini elan edib. Argentinalı xilasedicilərin də ölkəyə gəlməsi gözlənilir.
“Hakimiyyətin vəzifəsi qurbanlarla, evlərini itirənlərlə bir yerdə olmaq, başımıza gələn bu faciə ilə mübarizədə mümkün olan hər şeyi etməkdir. Və mən şübhə etmirəm ki, çilililərin birliyi bizə bütün bu sınaqların öhdəsindən gəlməyə imkan verəcək”, – Çili Prezidenti Qabriel Boriç bildirib.
Şayəstə






