Fevralın 6-da Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan “Vətəndaş Maarifləndirmə” Qeyri Hökumət Təşkilatının (QHT) Vətəndaş Təhsili Məktəbi çərçivəsində “2008-2018-ci illərdə Ermənistan Respublikasının xarici siyasəti və təhlükəsizlik arxitekturası” mövzusunda çıxış edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, görüşdə məktəb iştirakçıları ilə yanaşı, sahənin ekspertləri və Ermənistanın xarici siyasəti ilə maraqlanan şəxslər iştirak ediblər.
Axşam saatlarında başlayan və təxminən 4 saat davam edən görüşdə Sarkisyan hakimiyyətdə olduğu illərdə Ermənistanın xarici siyasətinin konsepsiyasına toxunub.
Sonra iclasın gündəliyində nəzərdə tutulmuş tematik bölmələrə uyğun olaraq Sarkisyan Ermənistanın qonşu dövlətlərlə əlaqələri, müttəfiqlik münasibətləri istiqamətində görülən işləri dinləyicilərə təqdim edib.
Sarkisyan daha sonra məktəb iştirakçılarının və dəvət olunmuş ekspertlərin suallarını cavablandırıb.
Yeganə




