Almaniyanın “Spiegel” nəşrinin jurnalisti Kristofer Reuter Artemovskda (Baxmut) olub. Jurnalist Ukrayna Silahlı Qüvvələrinin müqavimətinin zəiflədiyini iddia edir.
Elchi.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Britaniya hərbi ekspertləri bildirirlər ki, şəhəri Rusiya Silahlı Qüvvələri və “PMC Wagner” qırıcıları mühasirəyə alıb.
Reuter iddia edir ki, onlar Artemovsk şəhərinin mərkəzindən iki kilometr aralıda yerləşirlər. Jurnalist 17-ci tank briqadasının əsgərləri ilə söhbət edib və ona deyiblər ki, şəhər gecələr güclü bombardmanlar və mərmilərə görə çox qorxuludur.
“Buradakı əsgərlər deyirlər ki, bu mövqedən əl çəkməli olacaqlar, müqavimətləri uzun sürməyəcək, çünki rus qoşunları əllərində olan hər şeylə atəş açır”, – deyə Reuter bildirib.
Yeganə





