"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zəlzələnin ikinci günü: 23 milyona qədər insan…

07 Fevral 2023 - 17:25
in GÜNDƏM

Ötən gün Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin nəticələri getdikcə daha da ağırlaşır. Qurbanların ümumi sayı artıq 5 mini ötüb. Çox sayda insanın dağıntılar altında qaldığını nəzərə alsaq, görünür, ölənlərin siyahı artmağa davam edəcək.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az təbii fəlakətin ikinci gününün təfərrüatını təqdim edir.

Bir həftəlik matəm

Bir gün əvvəl Türkiyə və Suriyada baş verən faciənin miqyasına nə ölkələrin özü, nə də dünya ictimaiyyəti tam qiymət verib. Ötən gündən Türkiyənin cənub-şərqi və Suriyanın şimal-qərbində başlayan zəlzələ dalğası bu gün də davam edir. Onlardan ən güclüsü ölkənin cənub-şərqində qeydə alınıb – 5,3 bal. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni respublika üçün 1939-cu ildən bəri ən böyük təbii fəlakət adlandırıb və 7 günlük milli matəm elan edib. Zəlzələ təkcə minlərlə yaşayış binasını deyil, həm də infrastrukturun və mədəni irsin dağılmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa fövqəladə hallar üzrə yüksək səviyyəli əməkdaşı Ketrin Smolvudun sözlərinə görə, ölənlərin sayı 20 mindən çox ola bilər. Ölkədə hava şəraiti daha da pisləşib. Aktiv siklon səbəbindən, məsələn, Qaziantepdə temperatur gündüzlər təxminən 5 dərəcəyə qədər yüksəlir, gecələr isə 0-a yaxın və ya daha aşağı olur. Nottingem Trent Universitetinin təbii təhlükələr üzrə eksperti Stiven Qodbi bildirib ki, zəlzələ nəticəsində dağıntılar altında qalanlar donma təhlükəsi ilə üzləşirlər. Belə vəziyyətlərdə insanların çoxu adətən ilk 24-48 saat ərzində sağ qala bilər, lakin soyuq hava bu vaxtı qısaldır.

Artıq bir neçə ölkə: Azərbaycan, Rusiya, İsrail, Yaponiya, Özbəkistan zəlzələ bölgələrinə yardım göndərməyə başlayıb.

Dünya mediasının reaksiyası

Zəlzələ xəbərləri – “Qatil-fəlakət”, “Yerin yarıldığı gün”, “Cəhənnəm zəlzələsi” başlıqları ilə dünya mediasında gündəm olub. “Voll Strit Jurnal”, “Nyu York Tayms”, “Liberation”, “Tayms”, “Quardian”, “Qlobal Tayms”, “La Stampa” və s. kimi nüfuzlu media orqanları demək olar ki, əsas diqqətini Türkiyə və Suriyaya yönəldib. Mediada qeyd olunur ki, əgər 45 ölkə Ankaraya yardım təklif edibsə, Suriyanın çağırışına Rusiya reaksiya verib. Bir sıra ölkələr – Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Almaniya da Suriyaya yardım göstərmək niyyətindədir.

Son vəziyyət

Son məlumatlara görə, Türkiyədə zəlzələ bölgələrinə cəlb edilmiş axtarış-xilasetmə heyətinin ümumi sayı 25 693 nəfərdir. Nəqliyyat vasitələrinin sayına gəlincə, 360 maşın, 3361 ağır iş texnikası cəlb olunub. Təbii fəlakət bölgəsinə 65 ölkədən 2769 şəxsi heyət göndərilib. Zəlzələ Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis və Malatyada 3432 nəfərin ölümünə səbəb olub. 21 min 103 insan xilas edilib.

Suriyanın Hələb, Latakiya və Həma şəhərlərində 175 bina dağılıb. 1600-dən çox adam ölüb, 3548 nəfər yaralanıb. Təkcə Həma və Latakiyada yüzlərlə insan hələ də itkin hesab olunur.

Ümumilikdə isə Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən güclü zəlzələ nəticəsində 23 milyona qədər insan, o cümlədən 5 milyon xüsusilə həssas insan zərər çəkib. Suriyada həm rəsmi Dəməşqin, həm də Azad Suriya Ordusunun nəzarətində olan ərazilər zərər görüb. Ölkənin hər iki bölgəsində yüzlərlə insan həlak olub. Hələb şəhərinə isə olduqca ciddi ziyan dəyib.

Türkiyənin Qaziantep vilayətində Xet çarlığı dövründə tikilmiş, Roma İmperiyası və Bizans dövründə yenidən inşa edilən tarixi qala zəlzələ nəticəsində dağılıb. Suriyada köhnə şəhərin digər yerləri ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Hələb qalasına ziyan dəyib.(axar.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenski və Rəisi Ərdoğana zəng etdi

Next Post

Mirzoyan: “Kömək əlini uzatmağa hazırıq”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Mirzoyan: “Kömək əlini uzatmağa hazırıq”

Mirzoyan: "Kömək əlini uzatmağa hazırıq"

“Ermənistan-Türkiyə münasibətlərində müsbət nəticələr var”-Mirzoyan

"Ermənistan-Türkiyə münasibətlərində müsbət nəticələr var"-Mirzoyan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.