ABŞ prezidenti Co Bayden Konqresdə çıxışı zamanı fit səsləri ilə qarşılaşıb.
Elchi.az-ın Fox News-a istinadən xəbərinə görə, bir çox respublikaçı millət vəkilləri respublikaçıların yaşlılar üçün sosial təminat proqramlarını kəsmək istədikləri barədə yalan danışdığına görə Baydeni fitə basıb.
Bayden Respublikaçılar Partiyasını iqtisadiyyatı girov almaq istəməkdə də ittiham edib:
“Respublikaçılardan bəziləri iqtisadiyyatı girov götürmək istəyir”.
Baydenin ifadələri gurultulu qışqırıqlarla qarşılanıb, deputatlar əllərini və başlarını bulayıblar. Xüsusilə, Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü Marjorie Taylor Green, Baydenin çıxışı zamanı onunla razılaşmadığına işarə olaraq baş barmağını aşağı endirib.
Yeganə





