Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra Fransanın “Charlie Hebdo” jurnalının paylaşdığı qalmaqallı karikaturaya Yunan mediasından bir illüstrator “Hamımız türkük” karikaturası ilə cavab verib.
Elchi.az xəbər verir ki, Satira adı altında dünyaya nifrət yayan “Charlie Hebdo” ötən gün Türkiyədə baş verən zəlzələni hədəfə alıb.
Minlərlə insanın həyatını itirdiyi zəlzələ, “Türkiyədə zəlzələ oldu. Tank göndərməyə belə ehtiyac yoxdur.” yazılı şəkildə verilir.

Jurnalın paylaşımına həm Türkiyədən, həm də dünyadan sosial media istifadəçiləri reaksiya verib.
Yunanıstanda çıxan Kathimerini qəzetində Dimitris Handzopulosun çəkdiyi karikatura fransız Charlie Hebdo-ya cavab idi.
Rəsmdə “Hamımız türkük” yazılıb.
Şayəstə





