London da hərbi texnikanın tədarükünü sürətləndirmək niyyətində olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Böyük Britaniyanın baş nazirinin ofisi Britaniya hökumətinin çərşənbə günü, fevralın 8-də Rusiya əleyhinə yeni sanksiyalar paketini elan etmək niyyətini açıqlayıb.
Qeyd olunur ki, yeni məhdudiyyətlər Londonun fikrincə, Ukraynada xüsusi hərbi əməliyyata dəstək verməklə qazanc əldə edən şirkətləri, həmçinin Rusiya prezidentinə yaxın olduğu iddia edilən şəxsləri əhatə edəcək.
Böyük Britaniya həmçinin Ukraynadan olan qırıcı pilotlar və dəniz piyadaları üçün təlimlərə başladığını elan edərək, Londonun hərbi texnikasının çatdırılmasını sürətləndirmək niyyətini açıqlayıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının 2023-cü il fevralın 24-dək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını açıqlamışdı və beləliklə, bu sanksiyalar Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının ildönümü ilə üst-üstə düşür.
Şayəstə




