"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

08 Fevral 2023 - 21:52
in MÖVQE

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri Azərbaycan xalqıı çox sarsıntı və sonsuz kədər hissi ilə qarşılamışdır.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Zəlzələ milyonlarla əhalinin yaşadığı 7 bölgəni əhatə edir. Bu anadək təbii fəlakət qurbanlarının sayı 8 minə yaxınlaşır, yaralıların sayı on minlərlədir. Çox təəssüf ki, bu rəqəmlər getdikcə böyüyür, dağıntılar altında çoxlu sayda insan qalmışdır. Türkiyədə 7 günlük milli matəm elan olunmuşdur.

Azərbaycan dövləti zəlzələ baş verən andan hamıdan qabaq qardaş Türkiyənin yanında olduğunu və etibarlı dost münasibətini nümayiş etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırmış, yaralananların tezliklə şəfa tapmasını diləmişdir. Bu gün isə dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək qardaş ölkənin xalqına bir daha başsağlığını ifadə edib. Səfirlə görüşərkən deyib ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Onun xüsusi göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400 nəfərdən artıq bir neçə cevik xilasetmə heyəti hal-hazırda fədakarlıqla hadisə bölgəsində gecə-gündüz mücadilə aparmaqdadır. Kömək üçün yeni qüvvələr səfərbər olunur. Ehtiyac duyulan texnika və ləvazimatlar, o cümlədən hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı artıq fəlakət bölgəsinə yola salınıb.

Qardaş ölkəyə müxtəlif formalarda humanitar yardımlar göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bu məqsədlə böyük maliyyə vəsaiti ayrılıb. Azərbaycan parlamenti də qardaş ölkəyə öz maddi və mənəvi dəstəyini verməkdədir. Bakı şəhərində və bölgələrdə şəxsi təşəbbüslərlə fəaliyyətə başlayan Türkiyəyə yardım mərkəzlərinin sayı günbəgün artmaqda davam edir, bu məntəqələrin qarşısında kömək təklif edən insanlardan ibarət böyük növbələr yaranıb. Cəmi 2 gün ərzində milyondan çox azərbaycanlı sahibkar və sadə vətəndaş bu kampaniyada iştirak edib və bu proses durmadan davam edir.

Azərbaycan xalqı Türkiyənin hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olduğunu unutmur. 44 günlük Vətən müharibəsində Türkiyə elə ilk dəqiqələrdən etibarən son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək Azərbaycanın əsl qardaşı olduğunu sübut edib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə siyasi müttəfiqliyimizin və ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır.

Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: “Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun”. Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.

Əli Hüseynli

Milli Məclisin deputatı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

Next Post

Şok: Növbəti güclü zəlzələ İstanbulda…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Şok: Növbəti güclü zəlzələ İstanbulda…

Şok: Növbəti güclü zəlzələ İstanbulda...

Ermənistan və İran Laçına hücuma hazırlaşır

Ermənistan və İran Laçına hücuma hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.