“ABŞ prezidenti Co Baydenin Çin Respublikasının sədri Si Cinpinlə bağlı açıqlaması diplomatik etiketin məsuliyyətsiz şəkildə pozulmasıdır”.
Elchi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
“Amerika tərəfinin bu cür bəyanatları son dərəcə məsuliyyətsizdir, həm də diplomatik etiketin əsas normalarını pozur. Pekin Vaşinqtona ciddi narazılıq və qətiyyətli etiraz bildirir”.
Xatırladaq ki, bundan əvvəl Bayden PBS telekanalına müsahibəsində bildirib ki, 2022-ci ilin yayında o, Çinin Ukraynada xüsusi hərbi əməliyyat keçirməsində Moskvaya dəstək verəcəyi təqdirdə, qərbin Çinə investisiyasını dayandıracağı ilə bağlı Si Cinpinə xəbərdarlıq edib.
Yeganə






