Amerikalı sahibkar İlon Maskın “SpaceX” şirkəti Ukrayna hərbi pilotsuz təyyarələri üçün “Starlink” internetini söndürüb, çünki korporasiya Ukrayna hərbçilərinin bu xidmətdən hücum məqsədləri üçün istifadə etməsini istəmir.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Qvin Şotvel bildirib.
O, qeyd edib ki, peyk interneti heç vaxt silah kimi istifadə olunmaq üçün nəzərdə tutulmayıb. Şirkət rəhbəri vurğulayıb ki, Ukrayna tərəfi ondan razılaşmalara uyğun olmayan şəkildə istifadə edir,
Daha sonra Şotvel jurnalistə müsahibəsində Ukrayna hərbçilərinin döyüş pilotsuz uçan aparatlarına nəzarət etmək üçün “Starlink” xidmətindən istifadə etdiyinə aydınlıq gətirib. O, əlavə edib ki, “Starlink”in Ukraynaya tədarükü humanitar məqsədlər- xəstəxanalara, banklara və zərərçəkmiş ailələrə internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuşdu.
Yeganə




