Siyasətçi amerikalı jurnalist Herşin araşdırmasının nəticələrinə diqqət çəkib.
Elchi.az xəbər verir ki, Bundestaqın deputatı Sara Vaqenknext amerikalı jurnalist Seymur Herşin ABŞ Silahlı Qüvvələrinin Şimal axınında təxribatda əli olduğunu bildirən araşdırmasının dərci fonunda Almaniya hakimiyyətini ABŞ-la dostluq bəyanatlarına görə tənqid edib.
“ABŞ hökuməti, Pulitzer mükafatı laureatı Herşin təfərrüatları ilə tədqiq etdiyi kimi, Şimal axınının boru kəmərlərinin partladılmasını təmin etdi”, – Wagenknecht tvitter hesabında yazıb.
Bütün bunların fonunda siyasətçi Berlinin əslində kimin maraqlarını güddüyü ilə maraqlanıb.
Şayəstə






