Qərarın dövlət təhlükəsizliyi ilə bağlı olduğunu Polşa Daxili İşlər Nazirliyi izah edib.
Elchi.az xəbər verir ki, Polşa hakimiyyəti Bobrovnikidə Belarusla beynəlxalq sərhəd-keçid məntəqəsini bağlamaq qərarına gəlib, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.
“Dövlət təhlükəsizliyinin mühüm maraqlarını nəzərə alaraq, mən bu il fevralın 10-da saat 12:00-dan etibarən Bobrovnikidə Polşa-Belarus sərhəd-keçid məntəqəsində nəqliyyatın hərəkətini dayandırmaq qərarına gəldim”, – Polşa Daxili İşlər Nazirliyinin rəhbəri öz Twitter səhifəsində yazıb.
Şayəstə




