İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Markos Alonso Pena uzun sürən xəstəlikdən sonra vəfat edib.
Elchi.az xəbər verir ki, məlumatı “Barselona”nın Tvitter səhifəsi paylaşıb.
Keçmiş yarımmüdafiəçinin 64 yaşında dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Markos Alonso Pena hazırda “Barselona”da çıxış edən Markos Alonso Mendosanın atasıdır. O, 1982 – 1987-ci illərdə Kataloniya komandasının formasını geyinib.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...





