Hollandiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, belə bir tələbi “yerinə yetirmək asan deyil”.
Elchi.az xəbər verir ki, Kiyev Amsterdamdan Amerika F-16 qırıcılarının tədarükü üçün müraciət edib.
Bu barədə jurnalistlərə Niderlandın müdafiə naziri Kaysa Ollonqren məlumat verib. Onun sözlərini Hollandiya Yayım Korporasiyası sitat gətirir.
Ollonqren deyib ki, Ukrayna həqiqətən də bizdən qırıcıların tədarükünə kömək etməyimizi xahiş edib. “Ancaq bu tələbi yerinə yetirmək asan deyil”.
Onun sözlərinə görə, cavab verməzdən əvvəl Amsterdam müttəfiqləri ilə məsləhətləşəcək və döyüş təyyarələrinin Ukraynaya verilməsi qərarının mümkün nəticələrini qiymətləndirəcək.
Böyük Britaniyanın baş naziri Rishi Sunakın ofisi bildirib ki, əgər krallığın təhlükəsizliyinə təsir edə bilsə, London Ukraynaya döyüş təyyarələri göndərməyəcək.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz da Ukraynaya qırıcı təyyarələrin verilməsi ideyasını rədd edərək, belə bir sualın belə ortaya çıxmadığını bildirmişdi. Almaniya lideri Kiyevə silah tədarükü üçün “daimi rəqabətə girməməyi” tövsiyə edib.
Şayəstə






