Fransa prezidenti Emmanuel Makron Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiyə ilə həmrəy olduqlarını bildirib.
Elchi.az xəbər verir ki, Makron AB liderlərinin Brüsseldə keçirilən fövqəladə sammitindən sonra mətbuata açıqlama verib.
“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələləri ilə bağlı Makron, “Türkiyə və Suriyanın şimal-qərbində baş verən dəhşətli zəlzələ və onun qurbanlarına həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istərdim” dedi. dedi.
Zəlzələ günü prezident Rəcəb Tayyib Ərdoğana zəng vurduğunu və Fransa adından başsağlığı verdiyini xatırladan Makron, Fransa da daxil olmaqla bir çox Avropa Birliyi (AB) ölkəsinin mülki müdafiə qrupu göndərdiyini vurğulayıb.
Ölkəsindən 140 nəfərlik bir qrupun Türkiyədəki xilasetmə işlərinə qatıldığını qeyd edən Makron, ehtiyac və prioritetlərə uyğun olaraq həmrəyliyin ifadəsi olaraq yardımları artırmağa hazır olduqlarını vurğulayıb.
Sammitdə Avropa sənayesinin ABŞ məhsullarına qarşı rəqabət qabiliyyətinin artırılması və immiqrantlar məsələsindən danışdıqlarını deyən Makron, jurnalistlərin sualı üzərinə Ukraynaya döyüş təyyarələri göndərilməsinin mümkünlüyünün müzakirə edildiyini bildirib.
Bu variantın önümüzdəki həftələrdə reallaşmayacağının qəti olduğunu ifadə edən Makron, qərar verilsə belə, bu variantın ukraynalı pilotların təlim prosesi də daxil olmaqla bir prosesə ehtiyacı olduğuna diqqət çəkib.
Yanvar ayından bəri ölkəsində mübahisəli pensiya islahatına qarşı keçirilən kütləvi tətil və nümayişlərə toxunan Makron Parlament və Senatın fəaliyyət göstərməsinə, etirazların ölkəni blokada vəziyyətinə salmamasına çağırıb.
Şayəstə





