İsveçrə hakimiyyəti ölkənin hərbçilərinin NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı danışıqlara başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında dərc olunan sənəddə deyilir.
“Alyansla danışıqlar İsveçrə qoşunlarının çoxmillətli təlimlərdə mümkün iştirakına da həsr olunacaq”, – sənəddə deyilir.
Qeyd olunur ki, Cenevrə də öz personalını və zabitlərini NATO komandanlıq strukturuna göndərmək imkanını nəzərdən keçirir.
Məlum olub ki, NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavolinin İsveçrə ordusuna işgüzar səfəri olub.
Yeganə






