“Açıq məkanda reklam yerləşdirmək üçün vətəndaş əvvəlcə Dövlət Reklam Agentliyindən icazə almalıdır. İcazəni online qaydada da almaq mümkündür”. Bu sözləri Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri Elchi.az saytına açıqlamasında deyib.
O həmçinin qeyd edib:”Dövlət Reklam Agentliyinin online icazələr sisteminə asan login vasitəsilə daxil olaraq müraciət etmək olar. Bundan əlavə əvvələr Xaçmaz və Yevlax şəhərlərində yerləşən kub evlərində də Dövlət Reklam Agentliyinin xidmət masası fəaliyyət göstərirdi. Hazırda Bakıdakı xidmət evi də fəaliyyətdədir. Burdakı vətəndaşlar kub evlərinə müraciət edərək də, açıq məkanlarda reklam yerləşdirmək üçün icazələrini ala bilərlər. Açıq məkanda reklamların dövlət rüsumu və yayım haqqı nəzərdə tutulur”.
Müsahibimiz Dövlət Rüsumu və yayım haqqı reklamların mahiyyətinə görə deyil, reklam quruluşunun növünə, ölçüsünə və yerləşdiyi əraziyə görə müəyyən olunduğunu bildirib.
“Təbii ki şəhərin mərkəzində yayım haqları daha yüksəkdir və bölgələrə, kəndlərə getdikcə bu məbləğ daha aşağı səviyyədə müəyyən olunur. Açıq məkan reklamlarına görə qiymətlərin hesablanma qaydası Dövlət Reklam Agentliyinin rəsmi saytında kalkulyator bölümü yaradılıb və bu bölümə girərək, ərazini seçərək həmin reklam qurğusunun ölçülərini qeyd edərək , ƏDV də daxil olmaqla rüsum və yayım haqlarını sahibkar əvvəlcədən hesablaya bilər”.
Havar Şəfiyeva





