26 dekabrdan başlayaraq Biləsuvar rayonundakı Heydər Əliyev parkında 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbirləri keçirilir.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək rayonda və ümumilikdə respublikamızda aparılan geniş sosial-iqtisadi inkişafdan danışmış, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Vurğulamışdır ki, bu inkişaf Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı rayon əhalisini 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirmişdir.
Tədbirdə uşaqlara yeni il hədiyyələri təqdim olunmş, respublikanın və rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirilmişdir.
Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək və yeni il hədiyyələri paylanılacaqdır.
.jpg)



