"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ağdamdakı erməni qızları…

25 İyul 2014 - 16:38
in KÖŞƏ YAZILARI

Elşad Paşasoy                                                                                                                       

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

загруженноеsa

 

 

O gün sosial şəbəkələrdə Göyçə gölünün fotolarını yayınlamışdılar. Fotoların müəllifi kim idi, bilə bilmədim. Yəqin ki, bizimkilər deyildi. Bizi hələ Kəlbəcərə gedəndə girov götürürlər, o ki, qaldı Göyçəyə gedib gölün füsunkar gözəlliyinin fotolarını çəkək. Əslində o gölü Azərbaycan jurnalistləri çəkməli idi, həm də ətrafında azərbaycanlıların yaşadığı şəraitdə…

Bayaq da erməni qızlarının Ağdamda çəkdirib yaydıqları şəkillərə baxdım. Əllərini arxaya uzadıb “arxada Ağdam şəhəri olub, indi yoxdur” qeydini yazmışdı erməni axçisi. Erməni qızlarını Ağdam xarabalıqlarına çəkib gətirən heç də özlərinin iddia etdiyi kimi “Tiqranakert” sevgisi deyil. Onları gətiriblər ki, fotolarını çəkib sosial şəbəkələrdə yaysınlar. Təkcə ona görə yox ki, Azərbaycan oğulları yanıb-yaxılsınlar…axçilərin torpağımızda avaralanmasına görə. Həm də ona görə ki, Qarabağda yerləşdirilmiş ermənilərdə son günlər baş qaldıran xofun, qorxu-hürkünün qarşısını alsınlar. Desinlər ki, “qorxma, Aşotcan, bizim axçilər Azərbaycan əsgərinin burnunun ucunacan irəli gedib sərbəst şəkillər çəkdirir, siz də burda yaşamaqda davam edin”. 

Axı, Dilqəmlə Şahbaz Kəlbəcərdə tutulandan, cəbrayıllı balası Həsən qətlə yetiriləndən sonra ermənilər xofdadır. Özləri də etiraf edirlər ki, türklər – bizdən fərqli olaraq erməni bizə “türk” deyir axı – istədikləri vaxt Qarabağdakı, Ermənistandakı qəbirlərini ziyarətə gedirlər. “Hardan gəlirlər, hələ bilmirik” deyə, heyrətlənirlər. Erməni nazir Ohanyan da məhz bu ajiotajı yatırmaq üçün “Kəlbəcər tərəfdə təmas xətti minalanacaq” vədini vermişdi. İndi ermənilərin qorxuluğunu axçilərini fotoları ilə “götürmək istəyirlər”. 

İndi yetər ki, bir savaş komandası verilsin və özgə torpağında poz verməyin nə demək olduğunu ermənilər birdəfəlik anlayaraq, Andronikin para qulağını bir daha xatırlayaraq da öz qulaqlarında sırğa eləsinlər.

Bəlkə də emosional alındı. Deyəcəksiniz ki, Putin Rusiyasının Ukraynaya təcavüzü, İsrailin Fələstin cocuqlarını qan gölündə boğduğu, İŞİD-in türkmən balalarını diri-diri doğradığı halda dünya sükut edirsə, Azərbaycanın da savaş qərarı verməsi fəlakətlərə gətirər. Müharibə ölüm-itim, qan-qada, göz yaşlarıdır, bəli. Ancaq axı içimizdə məhv oluruq… 

Ağdamın işğalının 21-ci ilini də beləcə qeyd etdik. Şəhidlər Xiyabanında gül qoyanlarımız da oldu, erməni bayrağına od vuranlarımız da. Amma o bayrağı Ağdamın özündə yandırmaq gərəkdir, Bakıda yandırmağın nə mənası? Bu 21 illik işğal bəlkə çox da qorxulu olmazdı, ruhumuzun deqradasiyası prosesi də getməsəydi. Çoxumuz alışdıq, bu vəziyyətə. 

“Laçın” Ticarət Mərkəzindən aldığımız təzə kostyumu geyinim “Şuşa” restoranında qurulmuş toy mağarında “Qarabağ şikəstəsi”nə qulaq asandan, qarabağlı müğənninin “Dərdimin dərmanı Qarabağdadır” misralı muğamatı dinləyib kövrələndən və növbəti badəni də Qarabağın sağlığına qaldırandan sonra qalxın evlərimizə dağılışdıq. Qarabağsa qaldı orda. Gözlədik Qarabağı ATƏT-matət qaytaracaq deyə. İndi də onları söyürük, “söz verib aldatdı bizi” deyə. 

Nə yaxşı ki, Dilqəm, Şahbaz və Həsənin Kəlbəcər gedişi oldu. Özü də növbəti dəfə. Adam sadəlövhcəsinə düşünmək istəyir ki, bəlkə də onlar özlərini bilərəkdən qurban verdilər ki, cəmiyyət tərpənsin, ayağa qalxsın. Bilsin ki, Qarabağ çox uzaqda deyil, Bakının cəmi 358 km-liyindədir, 5-6 saatlıq yoldur. 

Bu hadisənin bir üstün cəhəti də var – onlar girov götürüləndən sonra biz sanki yuxudan ayıldıq, bir daha Qarabağ yaramız sızladı. Düzdür, bu, hələ yetərli reaksiya da sayıla bilməz, davamı gəlməlidir. Təqdir olunan həm də odur ki, Ramil Səfərov olayında olduğu kimi cəmiyyət iqtidar-müxalifətli eyni mövqedədir Kəlbəcər girovlarına münasibətdə. Cəmiyyəti birləşdirib Dilqəmgil. 

Tarix boyu bizləri çox girov götürdülər, öldürdülər, əsir aldılar, torpaqlarımızı qəsb etdilər. Nəhayət, geri qaytarmağı bacarmalıyıq, əvvəl Dilqəmgili, sonra Kəlbəcəri, Şuşanı, Laçını…Sonrası da var…Yoxsa güləcək bizə erməni qızları…Biz Ağdamın işğal günü içimizdə boğulduğumuz zaman onlar “burda Ağdam şəhəri vardı” yazmaqda davam edəcəklər…

Bu yandan da Ağdamın “Qarabağ” klubunun prezidenti komandanın Bakıda oynamasından danışarkən deyib ki, Ağdam böyük komandadır, ağdamlılar istəyirsə, özlərinə başqa klub yaratsınlar. Düzdür, “Qarabağ” klubu böyük klubdur, Quzanlıya sığacaq qədər kiçik deyil…Ona görə də Ağdamı geri almaq lazımdır, elə Qarabağı, “Qarabağ”ı da!!!

musavat.com 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbi Prokurorluq 980 pozuntu aşkar etdi

Next Post

Azərbaycan 296 ermənini axtarışa verib

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycan 296 ermənini axtarışa verib

Silahlı Qüv­və­lərimizin 43 zabiti istintaqa cəlb olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.