Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa prezidenti Anjey Dudanın Kiyevə təcili dəstək vermədiyi təqdirdə Rusiyanın Ukrayna münaqişəsində qalib gələ biləcəyi ilə bağlı sözlərini şərh edib.
Elchi.az bu barədə Rusiya mediasına istinadəən xəbər verir.
“Bu, sizə kömək etməyəcə. Kiyevə yeni silahların verilməsi vəziyyəti daha da gərginləşdirəcək. Onların etdiklərinə görə peşman olmaq Qərb üçün yeganə çıxış yoludur”, – deyə Zaxarova bildirib
Xatırladaq ki, Anjey Duda “Le Figaro” nəşrinə müsahibəsində Kiyevə təcili yardım göstərilməsə, rusların Ukrayna münaqişəsindən qalib çıxa biləcəyi fikrini bildirmişdi.
Yeganə
Həmçinin oxuyun:




