“Ukraynaya intensiv yardım Böyük Britaniyanı NATO-nun Çevik Cavab Qüvvələrinin rəhbərliyini öz üzərinə götürməyə imkan verməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrində qeyd olunub.
“Sursat və digər texnikanın çatışmazlığı ilə bağlı ciddi problemlər var ki, bu da qismən vəsaitin az xərclənməsi, eyni zamanda Ukraynaya tədarük etdiyimiz sursat və digər yardımların miqdarı ilə bağlıdır. Ukraynaya yardım Britaniya ordusunu tükəndirmək üzrədir”,-deyə nəşrdə yazılıb.
Böyük Britaniya ordusunda ciddi problemlər barədə məlumatı müdafiə üzrə analitik Frensis Teuse təsdiqləyib. Onun fikrincə, Britaniya Silahlı Qüvvələri il ərzində belə bir missiyanı yerinə yetirəcək şəxsi heyətə malik deyil.
Yeganə




