Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın müharibədən əziyyət çəkən bölgələrinə yardımın çatdırılmamasını pisləyib, eyni zamanda zəlzələlər nəticəsində ölənlərin ümumi sayının ən azı iki dəfə arta biləcəyi barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Suriyanın şimal-qərbinə yardım aparan BMT karvanı Türkiyə vasitəsilə gəlib, lakin agentliyin rəhbəri Martin Griffiths bildirib ki, evləri dağıdılan milyonlarla insanın daha çox ehtiyacı var.
“İndiyə qədər Suriyanın şimal-qərbindəki insanları məyus etmişik. Onlar haqlı olaraq özlərini tərk edilmiş hiss edirlər, hələ çatmamış beynəlxalq yardım axtarırlar. Yardımı mümkün qədər tez etmək bizim borcumuzdur”, – Griffiths Tvitter hesabında yazıb.
Yeganə





