Britaniyanın “Daily Mail” qəzeti Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna vurduğu yeni kütləvi zərbəni Volodimir Zelenskinin iki günlük səfəri zamanı Avropaya sərt mesaj kimi qiymətləndirib.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, zərbələr Ukraynanın hərbi infrastrukturuna dağıdıcı təsir göstərib.
Daha əvvəl bildirilmişdi ki, Volodimir Zelenskinin Böyük Britaniya parlamentindəki çıxışından sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollasa Londonun potensial olaraq Ukrayna Silahlı Qüvvələrinə hansı texnikanı verə biləcəyini öyrənməyi tapşırıb.
Yeganə






