Ukraynanın “Müxalifət Platforması – Ömürlük” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuk bildirib ki, Minsk razılaşmalarının həyata keçirilməsi çətin olmayacaq.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
O, Belarusun “STV” telekanalına müsahibəsində qeyd edib:
“Həm 2014-cü ildə, həm də 2015-ci ildə, xüsusən də Minsk razılaşmaları bir kliklə həyata keçirilə bilərdi. Ukrayna və Rusiya ilə sülh və dostluq münasibətləri istəyənlər var.
Xatırladaq ki, Minsk razılaşmaları 2015-ci ilin fevralında imzalanıb. Onlar digər şeylərlə yanaşı, Donbassdakı təmas xəttindən ağır silahların çıxarılmasını və atəşkəsin əldə olunmasını nəzərdə tuturdular.
Yeganə




