İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Onun fikrincə, ABŞ Ukrayna rəhbərliyinə hərbi əməliyyatların dayandırılması müqabilində bərpa planını təklif etməlidir.
Elchi.az bu barədə “RİA Novosti” xəbər verir.
İtaliyalı siyasətçi, “Forza Italia” partiyasının lideri Milanda seçki məntəqəsində fikirlərini bölüşüb. İndi ölkədə regional seçkilər keçirilir.
Berluskoninin dediyi kimi, Bayden Zelenskiyə 6-9 milyard dollara çata biləcək “Marşal planı” vəd etməlidir. Ancaq yalnız bir şərtlə: atəşi dərhal dayandırmaq lazımdır. Vaşinqton Ukraynaya silah tədarükünü də dayandırmalıdır.
Berluskoni həmçinin bildirib ki, Zelenski ilə heç vaxt əlaqə saxlamayacaq.
Yeganə





