“Politico” qəzeti yazır ki, 130-a yaxın biznes və fiziki şəxs, o cümlədən Rusiya rəsmiləri və dövlət mediasının jurnalistləri Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə daxil edilə bilər.
Elchi.az xəbər verir ki, 130 hüquqi və fiziki şəxsə qarşı sanksiyaların tətbiqi təklifləri Polşa, Baltikyanı ölkələr, Almaniya, Fransa və bir sıra digər Aİ ölkələri tərəfindən irəli sürülüb.
Rusiyaya Ukraynada hərbi əməliyyatlar aparmaqda kömək etdiyi və “Vaqner PMC” ilə əlaqəli olduğu iddia edilən digər ölkələrdən, xüsusən Mali və İrandan olan şirkətlər və şəxslər də sanksiyalara məruz qala bilər.
Bundan əlavə, Aİ Rusiya vətəndaşlarına kritik infrastruktur şirkətlərinin direktorlar şuralarında, məsələn, Avropanın elektrik şəbəkələrində və ya qaz təchizatı şirkətlərində vəzifə tutmağı qadağan edə bilər.
Rusiyaya qarşı yeni sanksiyalar paketinə Rusiyadan rezin, bitum, yük maşınları, tikinti texnikasının Aİ-yə tədarükünə qadağa daxil ola bilər.
Aİ Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən elektron komponentlərin tədarükünü də qadağan edəcək. Rusiya almazlarının sanksiyalar siyahısına daxil edilib-edilməyəcəyi hələlik məlum deyil. Alfa-Bank da daxil olmaqla dörd Rusiya bankı sanksiyalara məruz qala bilər.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Brüsselin fevralın 24-dək tətbiq etmək niyyətində olduğu Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 10-cu paketi Rusiyaya 10 milyard avroya başa gələcək məhdudiyyətləri nəzərdə tutur. Leyen vurğulayıb ki, yeni Aİ sanksiyaıar paketi əvvəlki sanksiyalar paketlərində mövcud olan boşluqları bağlayacaq.
Yeganə




