İtaliya 2023-cü ildə Rusiya qazının idxalını tamamilə dayandıra bilər.
Elchi.az xəbər verir ki, bunu “Messaggero”ya müsahibəsində ölkənin sənaye naziri Adolfo Urso deyib.
“Cari il ərzində biz Rusiya qazının tədarükündən imtina edəcəyik, gələcəkdə isə başqa ölkələrə özümüz qaz verə və qaz qovşağına çevrilə biləcəyik”, – deyə o, bildirib.
Nazir qeyd edib ki, yayın sonunadək Piombino və Ravennada iki qazlaşdırma kompleksi istifadəyə veriləcək. Onlardan 10 milyard kubmetr qaz hasil ediləcək. Ursonun sözlərinə görə, bu, İtaliyanın 2022-ci ildə Rusiyadan idxal etdiyi həcmdir.
Nazir onu da bildirib ki, əgər 2021-ci ildə İtaliya istehlak etdiyi qazın 40 faizini Rusiyadan alırdısa, 2023-cü ildə bu rəqəm 16 faizə enib.
Yeganə






