Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Elchi.az bu barədə NEWS.am-a istinadən xəbər verir.
S.Ohanyan vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda pul mənimsəməklə, habelə digər şəxsi maraqları üçün xidməti vəzifəsindən istifadə etməkdə təqsirləndirilir.
Qeyd edək ki, fevralın 8-də Milli Assambleya baş prokurorun təqdim etdiyi vəsatətlər əsasında S.Ohanyana qarşı cinayət təqibinin başlanmasını təsdiqləyib.
Yeganə





