"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pensiyalar yenidən artırılacaq

13 Fevral 2023 - 13:53
in İQTİSADİYYAT

Bu il də əmək haqqı islahatları orta aylıq əməkhaqqı göstəricisində önəmli artıma imkan yaradacaq ki, bu da gələn ilin əvvəlində pensiyaların növbəti dəfə daha yüksək faizlə indeksləşdirilərək artırılmasına imkan verəcək.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az Report-a istinadən xəbər verir ki, pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və başqalarına isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib.

Bu ilin əvvəlindən həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb. Bu artım edildikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub.

Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin, həm də 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub. Bu ildən pensiya artımında vahid indeksasiya metoduna keçilməsi bütün pensiyaçılara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edib. Yəni, bu ildən qulluq stajına görə əlavə alan pensiyaçıların (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) pensiyalarının da hər ilin əvvəlində indeksləşdirilərək artırılmasına başlanıb ki, bu da nəticədə həmin şəxslərin pensiyalarında da hər il olmaqla davamlı artımı təmin edir.

Nəticədə 2023-cü ilin əvvəlindən həm ümumi əsaslarla pensiya alanlar, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar daxil olmaqla ümumilikdə 1,1 milyon pensiyaçının pensiyası indeksləşdirilərək artırılıb. Bu artım üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir.

Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır ki, bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əmək haqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.

Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və bu artımın tətbiq edilməsi üçün vətəndaşların hər hansı müraciətiinə, sənəd təqdim etməsinə, ehtiyac qalmır. Onu da bildirək ki, son illər ölkədə əmək haqqı islahatlarının uğuru kimi, əmək haqlarında da ciddi artımlar baş verir ki, bu da orta aylıq əmək haqqı artımına səbəb olmaqla, bu əsasda hər ilin əvvəlində pensiyaların da daha yüksək faizlərlə (indeksləşdirmə üzrə pensiya artımı 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz olub, 2022-ci ilin əvvəlindən əlavə maddi yardım da daxil olmaqla pensiyalarda ümumi artım 10 faiz, 2023-cü ilin əvvəlindən isə indeksləşdirmə əsasında 14,7 faiz) indekləşdirmə əsasında artmasına imkan yaradıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev italiyalı naziri qəbul etdi

Next Post

Bloomberg: Türkiyədə zəlzələ nəticəsində dəymiş ziyan 84 milyard dollardır

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Bloomberg: Türkiyədə zəlzələ nəticəsində dəymiş ziyan 84 milyard dollardır

Bloomberg: Türkiyədə zəlzələ nəticəsində dəymiş ziyan 84 milyard dollardır

Mask: əlaqə hərbi məqsədlər üçün deyil, şəxsi istifadə üçün verilir

Mask: əlaqə hərbi məqsədlər üçün deyil, şəxsi istifadə üçün verilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.