Çeçenistanın rəhbəri Ramzan Kadırov “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibə verib. O, “Üçüncü Dünya Müharibəsinin başlamasından qorxursuzmu?” sualını cavablandırarkən “Yox” cavabını verib.
Elchi.az xəbər verir ki, Kadırov nüvə müharibəsindən qorxmadığını deyib.
O, 14 övladından 8-nin oğlan olduğunu xatırladıb: “Mən nüvə müharibəsinə və hamımızın ölməsinə hazıram”.
Kadırov Rusiyanın əlində olanı itirməməli olduğunu vurğulayıb və qələbəyə inamını ifadə edib:
“Biz qalib gələcəyik, məhv edəcəyik və NATO, Aİ və ABŞ-a göstərəcəyik ki, onlar bu həyatda heç nə görmədilər”.
Bundan əlavə, Çeçenistan rəhbəri qeyd edib ki, Rusiya həmişə güclü dövlət olub və Rusiya cəmiyyəti yavaş-yavaş da olsa birləşir. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin düzgün siyasət aparır: “Ona görə də mən sakitəm”,-deyə Kadırov yekunlaşdırıb.
Yeganə





