"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır

13 Fevral 2023 - 15:39
in SİYASƏT


“Dili bir, dini bir, kökü bir, tarixi və mədəniyyəti eyni olan iki güclü dövlətin – Azərbaycan və Türkiyənin qardaşlığı sarsılmaz və əbədidir. Ulu öndər Heydər Əliyevin söylədiyi dahi fikirlər bütün türk dünyasının rəmzidir:- İki dövlət-Bir millət! Bəli, biz yaxın keçmişə nəzər salsaq, görərik ki, 44 günlük Vətən müharibəsində-haqq savaşımızda qardaş Türkiyə dövlət və xalq olaraq bizə öz mənəvi dəstəyini əsirgəmədi. Ölkəmizə daim həmrəy olduqlarını nümayiş etdirdilər”. Bu sözləri Elchi.az saytına müsahibəsində Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Qardaş ölkənin bu möhtəşəm mənəvi dəstəyi bizim gücümüzə güc qatır, Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkarlıqla rəhbərlik etdiyi müzəffər Ordumuzu qələbədən-qələbəyə kökləyirdi. Odur ki, qardaş ölkənin sevinci sevincimiz, kədəri isə kədərimizdir! Bu sözləri bu gün də qəlbən bütün Azərbaycan və Türkiyə vətəndaşları təsdiq və öz əməli ilə əyani sübut edirlər. Bir neçə gün öncə qardaş Türkiyənin bir neçə bölgəsində baş verən güclü zəlzələ və bu hadisə nəticəsində minlərlə insanın həlak olması, yaralanması bizi xalq olaraq çox kədərləndirdi. Dərhal möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etdi ki, biz dövlət və xalq olaraq bütün gücümüzlə qardaş Türkiyənin yanındayıq. Bu isə təbii ki, bizi qürurlandırdı. Çünki, dar günündə doğmalarının yanında olmaq, əsl insana mənəvi rahatlıq bəxş edir. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.Bununla yanaşı məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib:-Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Möhtərəm Prezidentin göstərişinə əsasən 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.-Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. Tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb”.

İlham Məmmədov həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıldığını da vurğulayıb

” Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub”.

Azərbaycan dövləti və xalqı bütün gücü ilə qardaş Türkiyənin yanındadır. Biz hər zaman və hər işdə həmrəylik, birlik nümayiş etdiririk. Ümid edirik ki, tez bir zamanda insanlar xilas olacaq, dağıntının nəticələri aradan qaldırılacaq. Allah qardaş Türkiyə xalqını qorusun.

Havar Şəfiyeva

 

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pentaqon Çin hava şarı ilə insidentdən sonra hava məkanını gücləndirib

Next Post

“Global Times” Baydenin Polşaya səfərinin səbəblərini öyrənib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Global Times” Baydenin Polşaya səfərinin səbəblərini öyrənib

"Global Times" Baydenin Polşaya səfərinin səbəblərini öyrənib

Killnet Telegram kanalı: “Baza düşdü, buna bənzər bir şey”

Killnet Telegram kanalı: "Baza düşdü, buna bənzər bir şey"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.