ABŞ hərbi ekspertləri bu texnikanın kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edildiyini istisna etmirlər.
Elchi.az xəbər verir ki, ABŞ ordusunun mütəxəssisləri ölkə səmasında vurulan Çin şarının qalıqlarını araşdıraraq, onların içərisində elektronika və sensorlar tapıblar. Bu barədə “New York Post” məlumat yayıb.
“Komandalar bütün prioritet sensorlar və elektron komponentlər, eləcə də strukturun böyük hissələri də daxil olmaqla, xeyli miqdarda dağıntıları bərpa edə biliblər”, – nəşr yazır.
Amerikalı hərbi ekspertlər bu texnikanın kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edildiyini istisna etmirlər.
Şayəstə






