"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş vermiş zəlzələ yeni tikililərə marağı azaldacaq

14 Fevral 2023 - 14:48
in İQTİSADİYYAT

“Azərbaycanda əmlak bazarında zəlzələdən öncə həyət evlərinə o qədər də maraq yox idi, alıcıların 60 faizi daha çox yeni tikili hündür mərtəbəli binalara üstünlük verirdilər. Ancaq zəlzələdən sonra bunun belə olmayacağı gün kimi hamımıza aydındır”. Bu sözləri Elchi.az saytına açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Ekspert həmçinin bildirir :”Mən hesab edirəm ki, bu zəlzələnin olması yeni tikilmiş bina evlərinə marağı azaldacaq və insanlar daha çox həyət evlərinə və həyət evi tikmək üçün ayrılmış torpaq sahələrinə üstünlük verəcəklər.Belə nəticəyə gəlmək olar ki ,zəlzələ insanlarda hündür mərtəbəli binalarda yaşamağı daha riskli və qorxulu olacağını güman edəcəklər.Belə olan halda ev almaq üçün daha çox üstünlük həyət tipli evlərə veriləcək .Belə olacağı halda yeni bina evlərinə tələbat azalacaq və həyət evlərinə tələbat çoxalacaq.Həyət evlərinə tələbatın artması həmin evlərin qiymətlərinin kəskin artmasına səbəb olacaq. Mən demirəm yeni tikili hündür mərtəbəli evləri alan olmayacaq ,yox, onları da alan olacaq, sadəcə həmin evlərin alıcılarının əvvəlki illərə nisbətən daha az olacağını güman edirəm.Mən bir mütəxəssis kimi bunu deyə bilərəm ki, 2023- cü il Azərbaycanda ən çox satılan həyət tipli evlər və yaşayış evi tikmək üçün ayrılmış torpaq sahələri olacaq. Bu gedən proseslərdən belə nəticəyə gəlmək olar ki ,bu il həyət evlərində və həyət evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrində Bakı şəhəri və ətraf qəsəbələrdə 25 faizə qədər qiymətlərin artması gözlənilir.Yeni tikilmiş hündür mərtəbəli evlərdə isə 10 faizə qədər qiymətlərin azalması qeydə alınacaq.Ən çox qiymətin azalması isə tikilmə yaşı 6-dan çox olan binalarda qeydə alınacaq .Çünki bu binalar həm biraz zaman olub tikildiyi, həm də indi tikilən binalarda tikintinin normativlərinə daha çox riayət olunması və həmin binalarda daha çox nəzarətin olmasıdır. Daha çox qiymət artımı isə sənədi çıxarışı olan (kupçası olan ) həyət evlərində və fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələrində qeydə alınacaq.
Bu zəlzələdən sonra çox insan düşünür ki tikinti bazarında durğunluq olacaq və tikinti materiallarına tələbat azalacaq.Buna səbəb kimi də, daha hündür mərtəbəli yeni bina tikənlərin azalacağını desələr də, mən belə düşünmürəm.Çünki bu il insanlar daha çox öz evlərini həyət evləri kimi tikməyə meyl edəcəklər, bu da tikinti bazarında əvvəli illərlə müqayisədə heç də az olmayacaq .Çünki bir həyət evini tikmək daha çox xərc və material aparır nəinki hazır binada ev almaq, bu səbəbdən tikinti və təmir sektorunda da , bu il olduqca əlaməttar bir il olacağını düşünürəm. Nəzərə alsaq ki hər il mart aylarında daha çox həyət evlərinin satışı və tikintisi başlayırsa, onda demək olar ki gələn aydan tikinti bazarında və həyət evlərinin satışında xeyli irəliləyiş olacaq .Mən belə hesab edirəm ki başqa illərlə müqayisədə, bu il daha çox həyət evləri tikiləcək və tikinti sektorunda canlanma yaranacaq .Belə olan halda mişar daşı ,taxta ,sement armatur, dam örtüklərinin və digər tikinti materiallarının da, qiymətlərində az olsa qiymətlərinin artımını gözlənilir.Mən bir mütəxəssis kimi düşünürəm ki ,qardaş ölkədə baş vermiş fəlakətdən bizim ölkəmizdə də nəticə çıxaracaqlar və hündür mərtəbəli binalarda ciddi yoxlamaları daha da artıracaqlar ki ,gələcəkdə biz də eyni taleyi yaşamayaq”.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qüdrət Həsənquliyev: “Türkiyə növbəti 5 ildə Ərdoğana etimad göstərməlidir”

Next Post

Ərdoğan: Türkiyədə zəlzələ sonrası 8 min adam dağıntılar altından xilas edilib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Ərdoğan Adıyaman şəhərinə getdi

Ərdoğan: Türkiyədə zəlzələ sonrası 8 min adam dağıntılar altından xilas edilib

Putin Vuçiçi Serb Dövlətçilik Günü münasibətilə təbrik edib

Putin Vuçiçi Serb Dövlətçilik Günü münasibətilə təbrik edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.