Departament rəhbəri NATO-nun Brüsseldə keçirilən toplantısında iştirak edir.
Elchi.az xəbər verir ki, Madrid Kiyevə qırıcıların tədarükündə kömək edə bilməyəcək, çünki İspaniyada Ukraynanın tələb etdiyi tipdə döyüş təyyarələri yoxdur. Çərşənbə axşamı, fevralın 14-də belə bir bəyanatla Brüsseldə Şimali Atlantika Alyansına üzv ölkələrin hərbi idarə rəhbərlərinin iclasında iştirak edən Krallığın müdafiə naziri Marqarita Robles çıxış edib.
“Ukrayna İspaniyada olmayan döyüş təyyarələri istədi. Ona görə də biz bu sahədə kömək edə bilmərik”, – İspaniya hərbi idarəsinin rəisi “24 horas” telekanalının efirində bildirib.
Şayəstə






