İŞİD terror qruplaşmasının silahlıları Liviyadakı neft limanını raket atəşinə tutublar. Musavat.com-un məlumatına görə, bu barədə “Mail on line” xəbər yayıb.Raket hücumu nəticəsində böyük yanğın başlayıb. Hücumun İŞİD-in əraziyə nəzarəti ələ keçirmək niyyəti ilə həyata keçirildiyi bildirilir.
O da bildirilir ki, bu, terrorçuların son həftə ərzində neft limanına ikinci hücumudur. Cümə axşamı, dekabrın 25-də raket neft limanlarından birinin tankerinə düşmüşdü. Həmin limanı bir neçə günlüyə bağlayıblar. Limon uğrunda döyüşlərdə 19 nəfər ölüb.



