ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə ölüm hökmünün gilyotinlə edam, güllələnmə və asılma kimi qadağan olunmuş üsullarını geri qaytaracağını bildirib və həmçinin bu cür tədbirlərin onlayn yayımının tətbiqini təklif edib. Elchi.az xəbər verir ki, bu barədə Rolling Stone jurnalı məlumat yayıb.
“Keçmiş prezident yenidən seçilərsə, federal səviyyədə ölüm hökmünün tətbiqini genişləndirməyə və ölüm cəzasının qadağan olunmuş üsullarını geri qaytarmağa sadiq qalacaq”, materialda deyilir. Həmçinin Trampın yeni ideyaları arasında qrup edamlarının tətbiqi və ölüm cəzasına məhkum edilmiş şəxslərin həyatının son anlarının yayımlanması da var.
Bildirilir ki, bu yolla Tramp potensial qanun pozucularına qorxu salmaq niyyətindədir.
Havar Şəfiyeva






