"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SSRİ-ni dağıdan “Sərhəd hərəkatı”nın 25 illik yubileyi keçirilib

27 Dekabr 2014 - 21:14
in XƏBƏR LENTİ

img1711458Bayram tədbirində hərəkatın canlı iştirakçıları və ölkəmizin tanınmış simaları iştirak ediblər

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dekabrın 27-də ADP-nin qərargahında Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Sərhəd hərəkatı”nın 25 illik yubileyi ilə bağlı bayram tədbiri keçirilib. Tədbirdə hərəkatın iştirakçıları və ölkəmizin tanınmış simaları iştirak ediblər.

Toplantı Azərbaycanın dövlət himni ilə başlayıb. İlk olaraq çıxış edən tədbirin aparıcısı, BAO başqanı Zahir Əlisoy tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Öncə hər birinizin bayramını təbrik edirəm. Bütöv Azərbaycan  uğrunda aparılan mübarizədə hər birinizə uğurlar arzulayıram. Bu günkü tədbirimizdə güneyli soydaşlarımız da iştirak edir. Ən böyük alqış onlara düşür”.
Daha sonra gənclərin hazırladığı, Güney Azərbaycandan bəhs edən videoçarx nümayiş etdirilib. Videoda sərhədlərin sökülməsi uğrunda aparılan mübarizədən bəhs olunub.
Ardınca hərəkatın canlı iştirakçılarına söz verilib. Onlar xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə ilk olaraq söz hərəkatın fəallarından biri olan Nəcəfalı Cahangirliyə verilib. O, hərəkat barədə iştirakçılara geniş məlumat verib: “Hörmətli xanımlar və bəylər, bayramınız mübarək olsun. 1989 –cu ilin dekabr ayı tariximizə qızıl hərflərlə düşüb. O zaman bu hadisələrin baş verməsinin səbəbi xalqın birliyi idi. Bu birlik olmasaydı, heç nəyə nail ola bilməzdik. Amma bu günlərdə başımıza gələn hadisələrin başlıca səbəbi o zamankı birliyimizin olmamasıdır. Taleyüklü məsələlərin həllində birgə hərəkət etmək lazımdır. “Sərhəd hərəkatı” milli azadlıq hərəkatının tərkib hissəsidir. Demək olar ki, həmin dövrdə hər gün mitinq keçirilirdi. Bütün xalq iştirak edirdi. Nəticədə qalib gəldik. Bizə çox təzyiqlər oldu. Amma mübarizəmizdən dönmədik. Bu tariximizə şanlı hərəkatlardan biri kimi düşdü. Sonralar bu istiqamətdə atılan ən böyük addımlardan biri rəhmətlik Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyi oldu. Biz bolşevizm meyillərindən uzaq olmalıyıq. Bütövlüyümz uğrunda mübarizə birlikdən keçir. Xalqıma birlik arzulayıram”.

Ardınca çıxış üçün söz “Sərhəd hərəkatı”nın fəal iştirakçılarından olmuş, “Xalq Arzusu” hərəkatının sədri Asəf Quliyevə verilib. O hərəkatın başlama səbəblərindən danışdı: “Berlin divarının sökülməsi ölkəmizdə yeni hərəkatın başlamasına təkan verdi. Sərhədin sökülməsi qərarı mitinqdə verildi. Əvvəldən razılaşdırılmamışdı. Qərarımıza rəhmətlik Elçibəy də razılıq vermişdi. Dekabrın 30-da Afiyəddin Cəlilov xəbər göndərmişdi ki, sərhədi əsgərlər sökəcək, siz qarışmayın. Biz onlarla razılaşmadıq. İstəklərimiz hər şeyə üstün gəlirdi. İndi də önəmli proseslərlə üz-üzəyik. Rusiya dağılmaq üzrədir. Dağılacağına şübhə olmasın. Belə şəraitdə torpaqlarımızın bir hissənin azad olunması məsələsi ortaya çıxıb. Dünyada baş verən proseslərin hər biri Azərbaycana təsir edir.  Hazırda məni narahat edən partiyalarımız arasında baş verən mübarizədir. Doğrudur, mən AXCP-dən getmişəm. Amma bir vətəndaş kimi baş verənlər məni narahat etməyə bilməz. Millətin ümid yeri siyasi partiyalardır. Bunlar arasında da didişmələr varsa, milləti ağ günə çıxarmaq olmaz. Ümidini Avropa dikməklə, millətə sahib çıxmaq olmaz. Milləti sevmək lazımdır. Təəssüflər olsun ki, Elçibəyin yolunu çoxumuz davam etdirə bilmirik. Elçibəy də millət sevgisi var idi. Yerindən duran xalqı qınayır. Niyə qınamalıyıq? Xalq 20 ildir ki, məğlub olan müxalifət görür. Xalqı bu günə bizlər salmışıq.  1989-cu ildə bir tarix yazdıqsa, demək indi də yaza bilərik. Bu yolda hamımıza uğurlar arzulayıram”.
Daha sonra çıxış edən Qarabağ veteranı Vaqif Əlisoy o zaman Cəbrayılda   baş verən hadisələri iştirakçıların diqqətinə çatdırıb: “Hərəkat baş verən zaman məlumatları bütün rayon əhlinə çatdırdım. Fəxr edirdik ki, o zaman ölkəmizin on minlərlə ziyalısı proseslərin önündə gedirdi. Bu gün Xalq Cəbhəsinin üzvü olmasam da, mən yenə Elçibəy yolunun   davamçısıyam. Bir müddət partiyanın Cəbrayıl RT-nın sədri olmuşam. Bununla qürur duyuram. Bundan sonra da daim torpaqlarımız uğrunda mübarizə aparmağa hazıram. Tanrı bizə uğurlu illər bəxş eləsin”.
Tədbirdə Güney Azərbaycandan gələn şair Huşəng Cəfər çıxış edərək, şeir söyləyib.
Ardınca daha bir güneyli soydaşımıza söz verilib. Bu uzun müddət fars zindanlarında məhbəs həyatı yaşayan xanəndə Həsən Dəmirçioğlu idi. O, çıxışında Bakıda olduğuna görə çox sevindiyini və Bütöv Azərbaycan uğrunda aparılan mübarizənin daim önündə olacağını bildirib. Daha sonra o, iki xalq mahnısı ifa edib.
DAK-ın daimi üzvü, hərəkat iştirakçılarından biri Əjdər Tağızadənin çıxışı zalda alqışlarla qarşılanıb. O , çıxışının sonuna qədər bozqurd işarəsi tutub: “Mənə deyirlər ki, hər yerdə Elçibəyin adını çəkirsən. Hətta deyirlər ki, Heydər Əliyevi hakimiyyətə o gətirib. Xeyr belə deyil. O günlərin hamısı yadımızdadır. Mən dövlətçilik tanıyıram. İqtidar-müxalifət mənlik deyil. Rəsulzadə və Elçibəydən bizə bir irs qalıb. Bu türk davasıdır. Ermənilər torpaqlarımızı işğal ediblər. Demək məğlub olmuşuq. Çoxları bütöv olmaq uğrunda apardığımız mübarizəyə xor baxır. Davamız bütövlük uğrundadır. Həmrəyliyimiz Güneyin, Qarabağın azadlığında olmalıdır.  Türk torpaqları əldən getmək üzrədir. Türkiyəni kürdlər əlimizdən almaq üzrədir. Amma buna baxmayaraq, bəzi insanlar ulu öndərlərimizi ləkələməklə məşğuldurlar. Buna imkan verməməliyik”.
Tədbirdə “Sərhəd hərəkatı”nın digər iştirakçıları da çıxış ediblər. Toplantı 3 saatdan artıq davam edib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın pulu bir az da öldü

Next Post

Yasamal sakinləri yolda qaldılar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yasamal sakinləri yolda qaldılar

Terrorçu lider həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.