Regionlarımızda xidmət sektorların genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Nəzərə almalıyıq ki 2003 – cü ildən bu yana regionların sosial iqtisadi inkişafı ilə bağlı 4 Dövlət programı qəbul edilib və həyata keçirilib”.
Bu sözləri Elchi.az saytına açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
” Hal hazırda 4 cü program icra olunmaqdadır. Dövlət programların hesabına regionlarda böyük infrastruktur şəbəkə yaradılıb. 15/20 il bundan öncə regionlarında indiki kimi qazlaşdırma, elektrikləşdirmə , su ilə təmin olunma, müvafiq kanalizasiya sistemi , kommunikasiya xidmətləri mövcud deyildi. Ötən 15/20 il ərzində minlərlə kilometr avtomabil yolları çəkilib. Demək olar ki bütün bölgələrimiz müntəzəm olaraq sutkalıq elektrik enerji, qaz su ilə təmin olunmaqdadır. Az qala kənd yollarımız belə asvaltlaşdlrılımış formadadır. Bunların hamısı dövlət programlarının icrası nəticəsində əldə olunub. Bu gün istər cənub, istər şimal bölgələrimizdə turizmin inkişafı üçün çox böyük müasir standartlara uyğun xidmət sahələri yaradılıb. 5 ulduzlu otellər, istirahət evləri və digər geniş şəraitlər mövcuddur”.
İqtisadçı bununla belə yenə də rayon ərazilərdə problemlər hələ də qaldığını qeyd edib:” Bunun səbəbi ilk növbədə aqrar sektorun istənilən səviyyədə inkişaf etməməsindədir. Öncə də qeyd etdiyim kimi ölkə ərazisində əmək qabiliyyətinin əhalinin ən çox məskunlaşdığı yer rayon ərazilərdir. Orada da əsas istehsalat kənd təsərrüfatı, aqrar sektor və torpaqdır. Bu sahələrin inkişafına istənilən səviyyədə nail ola bilmədiyimizə görə həmin məşğulluq problemi öz aktuallığını saxlamaqdadır”.
Havar Şəfiyeva





