Rusiya Bankı Qərb maliyyə hesablaşma sistemlərinə alternativ olaraq sanksiyalar kontekstində zəruri olan beynəlxalq hesablaşmaların təşkili şöbəsini yaradıb.
Elchi.az xəbər verir ki, yeni departament Rusiya banklarının dost ölkələrdən olan kontragentlərlə hesablaşmalarını, milli valyutalarda hesablaşmalara keçidi, transsərhəd əməliyyatların genişləndirilməsini inkişaf etdirəcək.
Yeni departamentin rəhbəri vəzifəsinə əvvəllər maliyyə bazarının strateji inkişafı departamentinə rəhbərlik etmiş Mixail Kovriqin təyin edilib.
Rusiya Federasiyası, Hindistan, Türkiyə və Çin artıq öz hesablaşma sistemləri, o cümlədən Rusiya Maliyyə Mesajlarının Ötürülməsi Sistemi vasitəsilə milli valyutalarda hesablaşmalara keçirlər. Rusiya Bankının məlumatına görə, 2022-ci ilin əvvəlindən 50 yeni iştirakçı SPFS-ə qoşulub və onların ümumi sayı 440-a çatıb. Səudiyyə Ərəbistanı və Çin neft tədarükü üçün ödənişləri milli valyutalarla həyata keçirirlər.
Yeganə






