Bu həftənin əvvəlində İsrail ölkə tarixində ilk dəfə neft satmağa başlayıb. Qeyd olunur ki, əvvəllər ciddi şəkildə neft və qaz idxalından asılı olan dövlətə Şərqi Aralıq dənizindəki yataqların işlənilməsi ixracatçıya çevrilməyə imkan verib.
Elchi.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, 700 min barelə qədər neft daşımaq qabiliyyətinə malik “Seliger” tankeri Kariş yatağında fəaliyyət göstərən “Energean” platformasına yüklənib. İsrail neftinin alıcısı dünyanın ən böyük müstəqil tankeri olub.
Nəşr qeyd edir ki, Kariş əsasən qaz yatağıdır, lakin oradan neft hasilatı layihənin iqtisadiyyatını xeyli yaxşılaşdıra bilər. Yatağın sürətləndirilmiş işlənməsi,İsrail və Livan ABŞ-ın köməyi ilə onilliklər davam edən danışıqlardan sonra keçən payızda dəniz sərhədinin demarkasiyasına dair razılığa gəldikdən sonra mümkün olub.
Yeganə




