Dollar 74,45 rubla kimi bahalaşıb.
Elchi.az xəbər verir ki, çərşənbə günü, fevralın 15-də Moskva birjasında keçirilən hərraclar zamanı avronun məzənnəsi 25 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 80 rublu ötüb.
Ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 13:24-ə olan məlumata görə, Avropa valyutası 0,97% artaraq 80,01 rubla yüksəlib. Moskva vaxtı ilə saat 13:40-da avronun məzənnəsi 0,7%-ə enərək 79,8 rubl səviyyəsində olub.
Dolların məzənnəsi eyni vaxtda 0,88% artaraq 74,45 rubl təşkil edib.
Xatırladaq ki, bazar ertəsi, fevralın 13-də avronun məzənnəsi 79 rublu ötüb.
Bu arada Rusiya yuanı dollar və avroya alternativ adlandırıb ki, bu da investorları risklərdən qoruya bilər.
Bundan əvvəl iqtisadçı və biznes-məşqçi Denis Rakşa “Komsomolskaya Pravda”ya bu il Rusiya iqtisadiyyatından nə gözləyəcəyi, eləcə də dolların məzənnəsi haqda danışıb. Mütəxəssisin fikrincə, Amerika valyutasının məzənnəsi həm büdcə kəsirindən, həm də neft bazarındakı vəziyyətdən asılı olacaq, lakin 85-90 rubldan o yana keçməyəcək.
Şayəstə





