“Düşünürəm ki bu cəhətdən aksiyanın hansı məqsədlə keçirilməsini bütün dünya öz fikrini formalaşdırır. Əlbətdə bu aksiya həm də bizim təbii sərvətlərin kütləvi şəkildə ordan çıxarılmasına qarşıdır”.Bu sözləri Elchi.az saytına açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
O həmçinin bildirir:”Aksiya zamanı əlbətdə ora arzulanmsz şəxsləri də gəlişi müəyyən mənada nəzarət altına aldı. Humanitar yüklərin buraxılmasına yaşıl işığın yandırılması ilə digər hansısa ağır texnikanın ora aparılması müəyyən şəkildə maraqlı olan tərəflərin məsələlərdən çəkinməyə məcbur etdi. Bu aksiya bir daha göstərdi ki, Azərbaycan öz maraqlarına zidd olan hərəkətləri qəbul etmir, cəmiyyət bununla bağlı daim maraqlanır və hər hansı bir xoşagəlməz addımlara məhs belə aksiyalarla öz etirazını bildirir. Aksiya zamanı qarşı tərəf müəyyən fonda çirkin əməllərini həyata keçirmək istədi. Lakin bunun da nəticəsini də gördük. Digər tərəfdən aksiya bir daha göstərdi ki, Rusiyanın sülhməramlı qüvvələrin müvəqqəti yerləşən ərazidə və dəhlizdə Azərbaycanın müvafiq qurumlarının olması vacibdir. Düşünürəm ki aksiya qarşıda qoyulan hədəflərə nail olmaqla bitəcək. Bu aksiyadan sonra ümüd edirəm ki, Laçın dəhlizi Azərbaycanın müvafiq qurumlar tərəfindən nəzarət mexanizması tətbiq olunacaq və orda olan təbii sərvətlərinin manitoringində keçirməsi ilə nəticələnəcək”.
Havar Şəfiyeva





