Bu gün Tacikistanda qar uçqunu nəticəsində 10 nəfər həlak olub.
Elchi.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Düşənbə-Varzob avtomobil yolunun 65,8-ci kilometrliyində 4 minik avtomobili qar uçqunu altında qalıb. Təəssüf ki, bir sürücü dünyasını dəyişib”, – idarənin saytında deyilir.
Tacikistanın Fövqəladə Hallar Komitəsi respublikanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində qar uçqunu nəticəsində 9 nəfərin həlak olduğunu bildirib: Səkkiz nəfər regionun inzibati mərkəzi olan Xoroqda, biri isə Vançsk vilayətində həlak olub.
Yeganə





