… bütün pullarını dərs dediyi məktəbə bağışladı 
“ABC News“un xəbərində deyilir ki, Massaçusetsdən olan müəllimə online yarışda 150 min dollar udub və… udduğu bütün pulları çalışdığı məktəbə bağışlayıb.
Müəllimə Nikole Bolerman bu hərəkətinə görə Boston valisi Marti Valş tərəfindən təqdir olunub. Şəhər valisi şagirdləri və müəlliməni öz ofisinə dəvət edərək bu hadisəni yüksək qiymətləndirdiyini bildirib. Tədbirdə diqqət mərkəzində olan müəllimə isə deyib: “Mənim başqa elə bir seçimim yox idi. İstədim ki, şagirdlərim üçün yaxşı olsun. Mənim əla şagirdlərim var. Mən onlar üçün həmişə nəsə etmək istəyirəm“.
Müəllimə və məktəbin rəhbərliyi əmin olmaq istəyir ki, məktəbin hesabına daxil olmuş vəsait təhsilin səviyyəsinin qalxmasına müsbət təsir edəcək. Sinif otaqlarında kompyuterlərin sayı artacaq, sinif otaqları digər əyani vəsaitlərlə təmin olunacaq.
Boston valisi Marti Valş müəlliməni səmimi və sadə bir insan kimi səciyyələndirib. Vali onu da bildirib ki, Nikole Bolermanın çalışdığı məktəb şəhərin ən sanballı məktəbləri sırasında öndə gedir: “Biz sizə əvəzsiz əməyinizə və səxavətinizə görə minnətdarıq. Siz öz şəxsi nümunənizlə bir çox insanlara ilham verdiniz”.
ElbəyiHəsənli, musavat.com



