NATO-nun baş katibi Yens Stoltenberq Polşa prezidenti Anjey Duda ilə Belarus hakimiyyətinin Ukrayna münaqişəsində iştirakını müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Stoltenberq özü danışıb.
Onun sözlərinə görə, Belarus Rusiya silahlı qüvvələrinə yardım göstərməkdə davam edir və Rusiya ilə hərbi-siyasi inteqrasiyanı inkişaf etdirir. Stoltenberq Minski Moskvanın müttəfiqi kimi fəaliyyətə son qoymağa çağırıb.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin hərbi əməliyyatlarda iştirak etmək fikrində olmadığını bildirmişdi. O, qeyd edib ki, Rusiyanın müstəqil şəkildə xüsusi hərbi əməliyyat keçirmək üçün kifayət qədər qüvvəsi var və Minski sadəcə Qərbdə münaqişəyə cəlb etmək istədiklərini qeyd edib.
Yeganə




