“Suriyada baş verən zəlzələ ilə əlaqədar olan yardımları da çox vacib hesab edirəm”.
Elchi.az xəbər verir ki, bunu Ermənistanln Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Suriyada baş vermiş dağıdıcı zəlzələ və Ermənistandan göndərilən humanitar yardımla bağlı məsələyə toxunaraq deyib.
“Suriyaya humanitar yardımı əlçatan edən bir çox obyektiv və subyektiv hallar olub. Ermənistan qərar qəbul edən və Suriyaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub”, – Paşinyan bildirib.
O, həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Suriyaya səfərinin də planlaşdırıldığını bildirib və bununla da Ermənistanın dəstəyini bir daha ifadə edib:
“Yaxın vaxtlarda belə bir səfər təşkil edəcəyik. Həmçinin Diaspor Məktubları Müvəkkili Suriyaya səfər etməlidir”.
Yeganə





