İlkin mərhələdə Moskva razılaşmaların həyata keçiriləcəyini gözləyirdi.
Elchi.az xəbər verir ki, Minsk razılaşmaları üzərində işin yekun mərhələsində Kiyevin davranışı ilə bağlı Moskvada “müəyyən bədbinlik” var idi. Bunu cümə axşamı, 2023-cü il fevralın 16-da Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
Dövlət başçısının mətbuat katibi Rusiyanın razılaşmaların, o cümlədən Qərbin yardımı ilə həyata keçirilməsini təmin etmək üçün çox səy göstərdiyinə və ilkin olaraq bunun baş verəcəyini gözlədiyinə diqqət çəkib.
Amma sonda məlum oldu ki, Minsk razılaşmaları Kiyevin məsələnin güclə həllinə hazırlaşması üçün sadəcə “kamuflyaj” olub, Dmitri Peskov bildirib.
Xatırladaq ki, prezidentin keçmiş köməkçisi Vladislav Surkov Siyasi Aktual Məsələlər Mərkəzinin direktoru Aleksey Çesnakova müsahibəsində Ukraynadakı vəziyyətin nizamlanması üçün Minsk razılaşmaları üzərində işləyərkən onların həyata keçirilməli olduğunu gözləmədiyini bildirib.
Şayəstə




