İsrail tibbi infrastruktur üçün Ukraynaya 200 milyon dollardan çox vəsait ayıracaq.
Elchi.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.
“Biz sağlamlığın qorunması və psixoloji yardım məsələləri ilə məşğul olacaq infrastrukturun yaradılması üçün 200 milyon dollardan çox məbləğdə zəmanəti dəstəkləyəcəyik”.
O əlavə edib ki, İsrail də erkən xəbərdarlıq sisteminin inkişafına kömək edəcək. Bundan əlavə, nazir xatırladıb ki, 2022-ci ildə işçiləri olan İsrail səhra xəstəxanası Ukraynaya gəlib, artıq 7000-dən çox xəstə oradan keçib.
Yeganə






