Fevralın sonunda Parisdə Ermənistan İqtisadiyyat naziri Vaan Kerobyanın başçılıq etdiyi nümayəndə heyətinin iştirak edəcəyi ilk Fransa-Ermənistan iqtisadi sammiti keçiriləcək. O, həmçinin SİA beynəlxalq kənd təsərrüfatı sərgisində də iştirak edəcək.
Elchi.az-ın “Armenpress”-ə istinadən məlumatına görə, nümayəndə heyətinin Fransaya göndərilməsi ilə bağlı qərarı Ermənistanın baş naziri Nikol Paşinyan verib.
Fransa-Ermənistan birinci iqtisadi sammitində və beynəlxalq kənd təsərrüfatı sərgisində (SIA) iştirak etmək məqsədilə əlavəyə uyğun olaraq 23-25 fevral 2023-cü il tarixlərində Fransa Respublikasına (Paris) nümayəndə heyəti göndərilib. Qərar Ermənistanın elektron hökumət saytında dərc olunub.
Yeganə





